"Qarabağ" "Zirə"ni məğlub edib
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.
Günün ilk görüşündə "Sabah" səfərdə "İmişli"ni beş cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.
21:10 14.03.2026
Oxunuş sayı: 47