Hədəf göstərildi: Onlar Azərbaycanla Türkiyə arasında gərginlik yaratmağa çalışa bilərlər
Azərbaycan və İran arasında 2002-ci ildə imzalanmış dostluq müqaviləsinə görə tərəflər öz ərazilərinin bir-birinə qarşı istifadə olunmasına imkan verməməlidirlər. Azərbaycan bu prinsipə daim sadiq qalıb.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.
"Hətta son dövrlərdə İranın çətin vəziyyətində Azərbaycan humanitar yardım göstərən ilk dövlətlərdən biri olub. Bu baxımdan belə addımlar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Əslində bu cür hadisələrdən ən çox fayda əldə etməyə çalışan qüvvələr regionda qarşıdurma yaratmaq istəyənlərdir. Onlar Azərbaycanla İranın münasibətlərini pozmağa və eyni zamanda Azərbaycanla Türkiyə arasında gərginlik yaratmağa çalışa bilərlər", - o bildirib.
Elmir
17:40 13.03.2026
Oxunuş sayı: 51