Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi artıq zərurətə çevrilir - Cavid Vəliyev
Azərbaycan və Türkiyə Türk dövlətləri arasında aparıcı ölkələr hesab olunur.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.
"Bu baxımdan onların təhlükəsizliyi bütövlükdə Türk dünyasının təhlükəsizliyi ilə sıx bağlıdır. Hazırda həm şimalımızda, həm də cənubumuzda ciddi münaqişələr davam edir. Bu münaqişələr regional təhlükəsizlik üçün ciddi təhdid yaradır. Ona görə də Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi artıq zərurətə çevrilir. Azərbaycan Prezidenti də bir neçə dəfə bildirib ki, Türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq genişləndirilməlidir", - o bildirib.
17:27 13.03.2026
Oxunuş sayı: 55