Millimiz FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazandı
Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 millimiz B qrupunda ikinci oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, qrupun ilk matçında Kanada komandası ilə qarşılaşan millimiz 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailand yığmasını 21:8 hesabı ilə üstələdi.
Millimizin qrupdakı sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya komandasına qarşı olacaq.
Qeyd edək ki, turnirin qalibi 2027-ci il FIBA 3x3 Çempionlar Kuboku, 2027-ci il FIBA 3x3 Dünya Kuboku və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.
17:09 13.03.2026
Oxunuş sayı: 43