Bizdə media müstəqilliyinin çərçivəsi 5 metrdirsə, Avropada 25 metrdir- Elçin Şıxlı
Avropada mətbuat azadlığının vəziyyəti ilə bağlı hazırlanmış hesabatlar adətən müxtəlif ölkələrdə media mühitinin qiymətləndirilməsi baxımından mühüm sənədlər hesab olunur.
Lakin bəzi hallarda bu hesabatlarda yer alan yanaşmalar mübahisələrə və müxtəlif reaksiyalara səbəb olur.
Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı səsləndirilən bəzi fikirlərin birtərəfli və qərəzli olduğu barədə iddialar da belə müzakirələri yenidən gündəmə gətirib.
Bu isə hesabatlarda təqdim olunan yanaşmaların obyektivliyi və reallığı nə dərəcədə əks etdirdiyi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı əməkdar jurnalist Elçin Şıxlı Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda jurnalistika ilə bağlı problemlər var. Ümumiyyətlə, jurnalistika ilə bağlı bütün dünyada problem var. Nə var ki, burda? İstər ABŞ olsun, istər Avropa dövlətləri. Problemlər sadəcə olaraq müxtəlifdir. Kobud şəkildə desəm bizdə media müstəqilliyinin çərçivəsi 5 metrdirsə, onların media müstəqilliyinin çərçivəsi 25 metrdir. Fərq bundadır".
Ayhan
12:03 13.03.2026
Oxunuş sayı: 55