Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
Crossmedia.az xəbər verir ki, 61 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ceyhun Allahverdiyev finalda ermənistanlı Levik Mikayelyanla qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da idmançımız gümüş medal əldə edib.
Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.(AzərTac)
21:48 11.03.2026
Oxunuş sayı: 46