Macarıstan XİN başçısı: Avropa kəskin qiymət artımı riski ilə üzləşir
Avropa İtifaqı (Aİ) Rusiya neft və qaz idxalına qoyduğu qadağanı dərhal ləğv etməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "X"də yazıb.
"Yaxın Şərqdəki müharibənin şiddətlənməsi və Hörmüz boğazının bağlanması ilə qlobal enerji təchizatının böyük bir hissəsi artıq risk altındadır. Avropa xüsusilə də bu təhlükəyə məruz qalır, çünki Aİ artıq Rusiya enerji idxalını qadağan etmişdi. İndi Yaxın Şərqdəki münaqişə qlobal təchizatı da azaldır. Təchizat azaldıqda qiymətlər yüksəlir. Buna görə də Avropa kəskin qiymət artımı riski ilə üzləşir".
O, bildirib ki, Brüssel sanksiyaları qüvvədə saxlasa, bu, Avropa xalqlarına və Avropa iqtisadiyyatına ciddi zərər vuracaq: "Diqqət ideologiyaya deyil, avropalıların maraqlarının qorunmasına yönəldilməlidir".
16:30 09.03.2026
Oxunuş sayı: 47