Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb
Martın 7-də təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurmuşdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.
Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılmışdır.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.
Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.
22:57 07.03.2026
Oxunuş sayı: 112