Azərbaycan TDT-nin Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcək
Azərbaycan aprelin ikisində Türk Dövlətləri Təşkilatının Baş nazirləri/Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında deyib.
Vari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, Təşkilata sədrliyi çərçivəsində Azərbaycanın 2 aprel 2026-cı il tarixində TDT Baş nazirləri/Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
22:07 07.03.2026
Oxunuş sayı: 52