Fransa da Yaxın Şərqdəki savaşa qoşulur?
Yaxın Şərqdə gərginlik artır və bölgəyə xarici dövlətlərin müdaxiləsi barədə müzakirələr gündəmə gəlir. Son dövrlərdə Fransanın bu prosesdə iştirakının da mümkünlüyü və müharibəyə qoşulması məsələsi diqqət mərkəzindədir. Lakin Fransa regionda strateji maraqlara sahib olduğu üçün, digər Qərb dövlətləri ilə həmrəylik nümayiş etdirərək hərəkət etməyə meyllidir.

Crossmedia.az-a açıqlamasında politoloq Qədir Aslan deyib ki, Fransa qeyd olunan regiona yad deyil: "1916-cı il Sykes-Picot müqaviləsi Fransa ilə Britaniya arasında əldə olunan razılaşmaya əsasən Fransanın bölünməsi nəzərdə tutulurdu. Yəni, birbaşa həmin ölkədir. Birincisi, Fransa indiyə qədər strateji və avtonomiya siyasətini yerinə yetirirdi, Anqlo-Sakson İttifaqından fərqli olaraq, Total şirkətinin əlinə İranın enerji daşıyıcılarının dünya bazarına çıxmasına kömək edirdi, bir növ İran iqtisadiyyatını qoruyan və güclər balansını saxlamağa yönəlmiş siyasət həyata keçirirdi. Hazırda baş verənlər tamamilə başqa rəngdədir və qərbdə yekdil və həmrəy bir mövqe müşahidə olunur. Artıq Fransa qərb dövlətinin bir hissəsi olduğu üçün və həmçinin nüfuz sahibi olduğuna görə, bu məqamda digər dostları və müttəfiqləri ilə birləşməyi özünə borc bilir".
Fatimə Məmmədova
15:10 06.03.2026
Oxunuş sayı: 602