MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Nicat Rüstəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
Qeyd edək ki, N. Rüstəmov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhum jurnalist uzun müddət "Ədalət" qəzetinin əməkdaşı olub.
10:13 06.03.2026
Oxunuş sayı: 416