Voleybol üzrə XVI turun növbəti oyunları keçirilib
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, qadınların yarışında "Gənclər" komandası "Milli Aviasiya Akademiyası"na 0:3 (14:25, 19:25, 13:25) hesabı ilə məğlub olub.
"Gəncə" kollektivi isə evdə UNEC-i üstələyib - 3:0 (25:17, 25:22, 25:22).
Kişilərin mübarizəsində isə "Azərreyl" "Murov Az Terminal"a 2:3 (25:20, 22:25, 25:18, 20:25, 8:15) hesabı ilə uduzub.
19:45 05.03.2026
Oxunuş sayı: 435