AZAL Naxçıvana və əks istiqamətdə sərnişindaşımanı İğdırdan həyata keçirəcək
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Naxçıvana və əks istiqamətdə sərnişindaşımanı alternativ yolla həyata keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə planlaşdırılan bütün reyslər ləğv olunub.
Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək.
5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib).
Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar
16:25 05.03.2026
Oxunuş sayı: 499