WUF13-də bərk məişət tullantılarının idarə olunmasına dair sənəd imzalanıb
Bu gün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Azərbaycan Əməliyyat Şirkəti ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Crossmedia.az WUF13 Azərbaycan Əməliyyat Şirkəti istinadən xəbər verir ki, sənədi "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və şirkətin icraçı direktoru Adil Məmmədov imzalayıblar.
Memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etməkdir.
Bu çərçivədə, tərəflər Azərbaycan Respublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.
14:25 05.03.2026
Oxunuş sayı: 472