Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Səbəb bu imiş
Bakı şəhərinin Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.
Bildirilir ki, restoranın bir hissəsi "Azəriqaz" İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.
Məhkəmə "Azəriqaz"ın tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı" restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.
Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir. (Qaynarinfo)
18:55 04.03.2026
Oxunuş sayı: 529