İranın hərbi infrastrukturu dağıdılır və... - Qorxunc proqnoz
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bu ölkədə ölənlərin sayı 1045-ə çatıb.
ABŞ- İsrail cütlüyünün İrana hücumu nəticəsində başlayan müharibə bir neçə gündür davam edir.
Tərəflər qarşılıqlı zərbələr endirirlər. Bir çox ekspertin fikrincə, bu, hələ başlanğıcdır və əsas məsələ qabaqdadır.

Davam edən savaş barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə söyləyib ki, ABŞ Yaxin Şərqdə hərbi bazalari sıradan çıxarılır: "Həmçinin İsrailin təhlükəsiz və müdafiə qabiliyyətinin yüksək səviyyədə olmadığı aydın oldu. ABŞ İrana qarşı hərbi əməliyyatları yeni dünya siyasi nizamında Yaxın Şərqdə öz geosiyasi mövqelərini gücləndirmək və Çinin regiona daxil olmasını qarşısını almaqdir. İranın hərbi infrastrukturu dağıdılır və ölkə kifayət qədər zəifləyəcək. Amma, xalqın ayağa qalxıb sistemi dəyişməsi mümkün deyil. Bundan sonra, İran xalqı R. Pəhləvini qəti şəkildə qəbul etməyəcək".
O söyləyib ki, beynəlxalq hüquq baxımından İrana hücum yolverilməzdir: "Amma İranın Yaxin Şərqdə və qonşularına qarşı siyasəti birmənalı olmayıb. Qeyd edim ki, İran nüvə silahı əldə etməsi mümkün idi. Çünki, İran nüvə silahına özünün varlığı kimi baxırdı. Artıq 28 fevraldan əvvəlki İran olmayacaq. Yaxın Şərqin siyasi nizamı dəyişir. Bundan sonra da Ərəb ölkələri ABŞ etimad etməyəcək".
16:11 04.03.2026
Oxunuş sayı: 661