Dövlət ipotekası genişlənir - ailələr üçün yeni şans
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən müvəkkil banklara yeni ipoteka limitlərinin ayrılması daşınmaz əmlak bazarında və sosial-iqtisadi mühitdə mühüm canlanma siqnalı kimi qiymətləndirilir.
Xüsusilə, güzəştli ipoteka kreditlərinin davam etdirilməsi mənzil əldə etməkdə çətinlik çəkən ailələr üçün əlavə imkanlar yaradır.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:

"Limitlər bankların kapitalı və aktivlərinə uyğun müəyyən edilir. Yəni fondun müəyyən qədər pulu olur və o pulu böyük banklar daha çox kiçik banklar daha az alır. Bu sadə praktikadır. Vətəndaşa bunun heç bir müsbət ya mənfi tərəfi yoxdur çünki vətəndaşa fərqi yoxdur hansı bankdan pul götürür. Əsas burda məbləğdir".
Ayhan
11:20 04.03.2026
Oxunuş sayı: 607