Bədbəxt hadisə: 40 yaşlı kənd sakini boğularaq öldü
Ağdaşda 40 yaşlı kişi su arxına yıxılaraq ölüb.
Crossmedia.az xəbər verir ki, Aşağı Ləki kəndinin ərazisində fiziki qüsurlu epilepsiya xəstəsi kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılması nəticəsində boğularaq ölüb.
Ö.Saadovun meyiti sudan çıxarılıb, araşdırmalar aparılır.
11:06 04.03.2026
Oxunuş sayı: 607