Bu gün bürcləri nələr gözləyir?
Bu gün, 4 mart üçün gündəlik bürc şərhləri türkiyəli astroloq Rümeysa Ergüden tərəfindən hazırlanıb.
Astroloqlara görə, tutulma xüsusilə iş həyatı, sağlamlıq, gündəlik vərdişlər və şəxsi məsuliyyətlə bağlı mövzuları ön plana çıxarır. Uzun müddətdir təxirə salınan məsələlər gündəmə gələ və insanları yeni qərarlar verməyə sövq edə bilər.
Qoç
Bu gün sağlamlıq və iş rejimi ilə bağlı mühüm fərqındalıqlar yarana bilər. Yarımçıq qalan işləri tamamlamaq və həyat tərzinizi nizama salmaq üçün uyğun zamandır. Tələskən qərarlardan uzaq durmaq tövsiyə olunur.
Buğa
Ay tutulması emosiyalarınızı gücləndirə bilər. Münasibətlər və şəxsi hisslərlə bağlı gizli qalan mövzular üzə çıxa bilər. Romantik və yaradıcılıq sahəsində mühüm dəyişikliklər mümkündür.
Əkizlər
Ev və ailə məsələləri diqqət mərkəzində olacaq. Karyera ilə şəxsi həyat arasında balans qurmaq ehtiyacı yarana bilər. Daxili gərginliklər müvəqqətidir.
Xərçəng
Ünsiyyət və məlumat mübadiləsi sahəsində hərəkətli gün gözlənilir. Yeni fikirlər və baxış bucaqları formalaşa bilər. Ani reaksiyalardan qaçmaq tövsiyə edilir.
Şir
Maddi məsələlər və şəxsi dəyərlərlə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Maliyyə planlamasında daha diqqətli olmaq lazımdır.
Qız
Bürcünüzdə baş verən Ay tutulması emosional oyanış yarada bilər. Şəxsi münasibətlər və özünüzlə bağlı mühüm həqiqətləri dərk edə bilərsiniz. Qərar vermək üçün tələsməyin.
Tərəzi
Son dövrlərdəki yorğunluq özünü göstərə bilər. İstirahətə və psixoloji balansın qorunmasına ehtiyac artır. Keçmişlə bağlı mövzular yenidən gündəmə gələ bilər.
Əqrəb
Sosial çevrə və dostluq münasibətləri ön plana çıxır. Uzunmüddətli planlarınızla bağlı mühüm qərarlar vermək mərhələsinə yaxınlaşırsınız.
Oxatan
Karyera və həyat məqsədləri ilə bağlı dönüş nöqtəsi yaşana bilər. İş və ailə balansını yenidən qurmaq zərurəti yaranır.
Oğlaq
Düşüncə və inanc sisteminizdə dəyişikliklər mümkündür. Təhsil, səfər və şəxsi inkişaf mövzuları aktuallaşır.
Dolça
Maliyyə, borc və ortaq resurslarla bağlı məsələlər diqqət tələb edir. Münasibətlərdə güvən və məsuliyyət mövzuları ön plana çıxır.
Balıq
Ay tutulması münasibətlər sahəsində mühüm fərqındalıqlar gətirə bilər. Qarşı tərəfin ehtiyaclarını anlamaq və balans yaratmaq vacib olacaq.
Fatimə Məmmədova
00:30 04.03.2026
Oxunuş sayı: 477