Müjdə: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalana bilər
Dünyada vəziyyət dəyişib, beynəlxalq hüquq zəifləyib, güclü dövlətlər öz maraqlarını diktə edirlər. Ədalətli və ədalətsiz müharibələr var. Məsələn, Rusiya Ukrayna ərazilərini işğal edib.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov deyib.
"Bizim Ermənistanla apardığımız 44 günlük müharibə isə haqq müharibəsi idi. Şükürlər olsun ki, qələbə qazandıq və Azərbaycanın suveren hüquqlarını bərpa etdik. Bu baxımdan Azərbaycan xalqına və bu qələbədə əməyi olan hər kəsə minnətdar olmalıyıq. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması müsbət haldır. Zəngəzur dəhlizinin açılması da hamının səbirsizliklə gözlədiyi məqamlardandır. Ümid edirəm ki, tezliklə sülh müqaviləsi imzalanacaq", - o bildirib.
Müsahibənin geniş versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/72173
Ayhan
17:00 03.03.2026
Oxunuş sayı: 630