Bizim kəşfimiz pambıq bitkisinin sürətli inkişafına təkan verəcək - MÜSAHİBƏ
Bu gün Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə Society for Science təşkilatı tərəfindən keçirilir. Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində təşkil olunan tədbirdə milli final mərhələsində ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri 9 istiqamət üzrə yarışacaqlar. Bu istiqamətlərə riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt daxildir.
Qeyd edək ki, gənclər burada müxtəlif sahələr üzrə öz kəşflərin nümayiş etdirirlər ki, bunlardan da biri Bakı Dövlət Universitetindən Banu Əsədlidir.
Crossmedia.az olaraq həmin gənclə olan müsahibəmizi təqdim edirik:
— Siz pambıq bitkisi üzərində yeni bir yanaşma tətbiq etdiyinizi qeyd edirsiniz Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
— Bəli, biz pambıq bitkisi üzərində yeni bir yanaşma hazırlamışıq. Bu yanaşma nəticəsində çox müsbət nəticələr əldə etmişik. Apardığımız təcrübələr göstərir ki, pambıq bitkisi iki-üç həftə ərzində daha sürətli və sağlam şəkildə inkişaf edir.
Qeyd edim ki, hazırda bu yanaşma dövlət səviyyəsində də perspektivli və prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.
— Bəs bitkinin bu qədər sürətlə inkişaf etməsinin əsas səbəbi nədir? Hansı əlavələrdən istifadə olunub?
— Əsas səbəb qrafitin törəmələri ilə fitohormonların kompleks şəkildə tətbiq olunmasıdır. Biz bu maddələri xüsusi üsulla sintez etmişik və bitkinin inkişafını stimullaşdırmaq üçün istifadə etmişik. Bu kombinasiya bitkinin böyümə prosesini xeyli sürətləndirir.
— Bu yanaşma hansı bitkilərin inkişafına daha çox fayda verir?
— Araşdırmalarımız əsasən pambıq bitkisi üzərində aparılıb və ən yaxşı nəticələri məhz bu bitkidə müşahidə etmişik.
Bura da istifadə olunan maddələr idə tam təhlükəsizdir. Tərkibində zəhərli və ya toksik komponentlər yoxdur, buna görə də insan sağlamlığı üçün zərərsiz hesab olunur.
Elmir Heydərli
10:36 03.03.2026
Oxunuş sayı: 594