İdxal ətlər təhlükəlidirmi? - ekspertdən açıqlama
Son illər bazarlarda satılan idxal olunmuş dondurulmuş ətlər ətrafında müxtəlif iddialar və narahatlıqlar səslənir.
Bəzi istehlakçılar bu məhsulların nə qədər təhlükəsiz olduğu, hansı şəraitdə hazırlanıb ölkəyə gətirildiyi ilə bağlı ciddi suallar verir.
Sosial şəbəkələrdə yayılan müzakirələr isə insanlarda “dondurulmuş ət sağlamlıq üçün risklidirmi?” sualını daha da aktuallaşdırır.
Qida üzrə ekspert Tural Həsənov qeyd edir ki, idxal olunan dondurulmuş ətin təhlükəsizliyi bir neçə əsas amildən asılıdır. Onun sözlərinə görə, ətin kəsim forması düzgün olmalı, istehsal edildiyi zavod və həmin müəssisədə sanitar-gigiyenik şərait tam qaydalara uyğun saxlanılmalıdır:

"Məhsulun sağlamlıq sertifikatlarının mövcudluğu mütləq şərtdir. Lakin burada vicdan məsələsi də ön plana çıxır. Heyvanların düzgün seçilməsi, baytarlıq qaydalarına uyğun kəsilməsi, sümükdən düzgün ayrılması və daşınma prosesinin standartlara uyğun həyata keçirilməsi ölkəyə keyfiyyətli məhsulun gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bu tələblərə əməl edildiyi halda idxal olunan dondurulmuş ətin istehlakı sağlamlıq üçün risk yaratmır".
Fatimə Məmmədova
09:25 03.03.2026
Oxunuş sayı: 704