Şəkidə qadın dəm qazından boğularaq ölüb
Şəkidə 34 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Suçma kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Yenigül Mənafovanın cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
23:44 01.03.2026
Oxunuş sayı: 461