Azərbaycanın taekvondo millisi Özbəkistandakı təlim-məşq toplanışını başa vurub
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda keçirilən təlim-məşq toplanışını başa vurublar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi may ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.
14:13 01.03.2026
Oxunuş sayı: 435