Daha bir təyyarə TƏCİLİ Bakıya eniş etdi
"Air Arabia Abu Dhabi" aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır. Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.
13:53 28.02.2026
Oxunuş sayı: 630