ABŞ də oyundadır: İsrail - İran savaşı çox dağıdıcı ola bilər
"Times of Israel" nəşrinin məlumatına görə ABŞ-nin səfirlik və konsulluqları İsrail, Qətər və BƏƏ-dəki amerikalılara sığınacaqlarda qalmağı tövsiyə edir.
Onlar öz əməkdaşlarını evlərində qalmağa çağırıb və bütün amerikalılara "növbəti bildirişə qədər eyni cür hərəkət etməyi" tövsiyə ediblər.
Bu, bir daha göstərir ki, bu gün İrana qarşı başladılan müharibənin uzunmüddətli və kifayət qədər dağıdıcı olacağı istisna deyil.
Politoloq Samir Hümbətov bu barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "İsrail-İran müharibəsinin ikinci mərhələsi başlayır. Birincidən fərqli olaraq ikinci mərhələdə təkcə İsrail və İran qarşı qarşıya deyil, eyni zamanda ABŞ də oyundadır. Bu isə, müharibənin hansı miqyasda olacağını göstərir".
13:38 28.02.2026
Oxunuş sayı: 937