TƏCİLİ: Bakıdan havaya qalxan təyyarələr geri döndü
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
11:38 28.02.2026
Oxunuş sayı: 792