Bu gün bürcləri nələr gözləyir?
27 fevral üçün astroloji proqnozlar yayımlanıb. Belə ki, günlük bürc şərhləri türkiyəli astroloq Rümeysa Ergüden tərəfindən qələmə alınıb.
Məlumata görə, bu gün Ay əvvəlcə İkizlər bürcündə hərəkətini davam etdirir, daha sonra Xərçəng bürcünə keçir.
Bu müddətdə ünsiyyətdə anlaşılmazlıqlar, gecikmələr və texniki problemlər yarana bilər. Xüsusilə rəsmi sənədlər, müqavilələr, alqı-satqı, səfərlər, poçt və kargo məsələlərində diqqətli olmaq tövsiyə edilir.
Qoç – Gizli məsələlər və daxili suallar aktuallaşır. Keçmiş qərarlar yenidən dəyərləndirilə bilər.
Buğa – Dostluq münasibətlərində köhnə əlaqələr gündəmə gələ bilər. Planlarda gecikmələr mümkündür.
Əkizlər – Yeni təşəbbüslər əvəzinə davam edən işlərə fokuslanmaq tövsiyə olunur.
Xərçəng – Təhsil və səfər planlarında qarışıqlıqlar yarana bilər, mühüm qərarlar üçün tələsməmək lazımdır.
Şir – Maliyyə və şəxsi məsələlərdə diqqətli olmaq vacibdir. Büdcəyə nəzarət önə çıxır.
Qız – Münasibətlərdə anlaşılmazlıqlar mümkündür, diplomatik yanaşma tövsiyə olunur.
Tərəzi – İş və gündəlik rutinlərdə detallara diqqət artırılmalıdır.
Əqrəb – Yaradıcılıq və romantik mövzularda tələskən qərarlardan çəkinmək lazımdır.
Oxatan – Ailə və evlə bağlı köhnə məsələlər yenidən gündəmə gələ bilər.
Oğlaq – Təhsil, nəqliyyat və ünsiyyətdə gecikmələr mümkündür.
Dolça – Maliyyə məsələləri və xərclər yenidən nəzərdən keçirilməlidir.
Balıq – Şəxsi planlarda ləngimə ola bilər, daxili intuisiya güclənir.
Astroloqlar bildirirlər ki, bu dövr daha çox yenidən baxış, daxili təhlil və düzəliş mərhələsi kimi qiymətləndirilməlidir.
Fatimə Məmmədova
23:50 26.02.2026
Oxunuş sayı: 659