Sərbəst güləşçi Rəşid Babazadə Albaniyadakı turnirdə gümüş medal qazanıb - Yenilənib
Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz reytinq turnirində finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həlledici görüçdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə (0:10) məğlub uduzub.
21:07
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.
Crossmedia.az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.
65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86) isə üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.
Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da start götürəcək.
22:20 25.02.2026
Oxunuş sayı: 503