Süni intellekt telekanallarda ixtisara səbəb olacaqmı? - ARB24 telekanalının direktoru jurnalistləri narahat olmamağa çağırdı
“Süni intellekt vasitəsilə məzmun hazırlanması qorxulu proses deyil. Bundan qorxmaq əvəzinə, səmərəli istifadə yollarını tapmaq lazımdır” - ARB24 telekanalının direktoru Radik İsmayılov “ChatGPT” ilə xəbəri formalaşdırmağın vaxta qənaət etdiyini düşünür.
Crossmedia.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elm Günü ilə bağlı keçirilən ustad dərsində ARB24 telekanalının direktoru tələbə jurnalistlərə xəbər jurnalistikasında süni intellektdən istifadə qaydalarından danışdı.
Görüşdə süni intellektin media sahəsində yaratdığı imkanlar və potensial risklər müzakirə olundu. Radik İsmayılov bildirdi ki, süni intellektdən istifadə ilə bağlı gələcəkdə yazının müəllifliyi baxımından problemlər yarana bilər. Hələlik isə bu problem aktual deyil deyə, istifadə mümkündür. Xüsusilə, faktların toplanılması və qrafik təsvirlərin hazırlanması baxımından çoxəlverişlidir.
Radik İsmayılovun sözlərinə görə, süni intellekt xəbər jurnalistikası üçün yeni perspektivlər açır.
“Süni intellektə düzgün açar sözlər və dəqiqtapşırıq verildikdə, gündəmdə olan mövzu üzrə məzmunlu xəbər mətni əldə etmək mümkündür. “ChatGPT” insan deyil, səhvləri ola bilər. Nə qədərgüvənsək də, detalları mütləq yoxlamaq lazımdır”.
ARB24 telekanalının direktoru tələbələrlə şəxsitəcrübəsini də bölüşdü:
“Fransada sənədli film çəkilişi zamanı bəzi məkanlarda çəkiliş icazəsinin məhdud olduğunu sonradan öyrəndik və belə hallarda süni intellektdən operativ məlumat əldə etmək mümkündür. Süni intellekt sənədli filmlər üçün fon musiqilərinin tapılmasında və tərcümə prosesində də effektivdir. Süniintellekt tərcümələri BMT dllərinə demək olar ki, 99.99 faiz düzgün edir”.
O, həmçinin əlavə etdi ki, süni intellektdən istifadə müsahibələr üçün də əlverişlidir. Xüsusilə, portret müsahibə və reportajların hazırlanmasında süni intellektdən istifadə etmək olar. O ki qaldı elmi məqalələr və analitik yazılara bu zaman müəllif mövqeyi və fikir müxtəlifliyi əsas şərtdir deyənRadik İsmayılov süni intellektlə hazırlanan mətnləmüəllif yanaşması arasında böyük fərq olduğunu diqqətə çatdırdı.
Gənc jurnalistlərin suallarını cavablandıran Radik İsmayılov süni intellektin dezinformasiya yaymaq ehtimalına da toxundu. Bildirdi ki, yanlış məlumat halları mümkündür və bu, əsasən lisenziya olmadanistifadə hallarında müşahidə olunur:
“Əlbəttə, düz olmayan məlumatlar ola bilər. Amma texnologiya təkmilləşdikcə bu problemlər də aradan qalxacaq”.
Görüş zamanı süni intellektin xəbər jurnalistikasında köməkçi alət kimi istifadəsinin mümkünlüyü önə çəkilsə də, faktların dəqiqləşdirilməsinin və redaksiya nəzarətinin vacibliyi xüsusi qeyd olundu.
Telekanal direktoru süniintellektin işsizliyə səbəb olacağı ilə bağlı suala da cavab verdi:
“Bu həmişə olacaq bir problemdir, istər-istəməz ixtisarlar olacaq. Amma nəzərə almaq lazımdırki, süni intellekti idarə edənlər məhz bizlərik”.
18:10 25.02.2026
Oxunuş sayı: 712