BMT Baş Assambleyasının rəhbəri Qrenlandiya ilə bağlı açıqlama verdi, aləm bir - birinə dəydi
BMT Baş Assambleyasının rəhbəri Annalena Berbok televiziya çıxışı zamanı Qrenlandiyanın Avropa Birliyinin tərkib hissəsi olduğunu səhvən bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, ARD telekanalında yayımlanan proqramda amerikalılara “Qrenlandiyanın da AB-nin bir hissəsi olduğu” deyilməsəydi, ABŞ-da bir çoxlarının bundan xəbərsiz qalacağını bildirib.
Verilişin aparıcısı isə dərhal müdaxilə edərək qeyd edib ki, Qrenlandiya Birliyin üzvü deyil.
16:34 25.02.2026
Oxunuş sayı: 789