Qərbin İranla bağlı işi bitdikdən sonra Rusiyaya köklənəcək - ANALİZ
Rusiya - Ukrayna müharibəsinin artıq dördüncü ili tamam oldu. Tərəfləri danışıqlar masasına gətirmək üçün dəfələrlə cəhd edilsə də, bu səylər hələ ki, nəticə vermir. Dialoq pəncərəsi açıqdır, fəqət nə Moskva, nə də Kiyev ilk addımı atmaq istəyir. Necə deyərlər, daş qayaya rast gəlib...
Türkiyəli politoloq Coşkun Soysal davam edən müharibə və onun siyasi nəticələri barədə Crossmedia.az-a danışıb: "Rusiyanın "xüsusi hərbi əməliyyat" təqdim etdiyi bu döyüşlər onun üçün o qədər də uğurlu olmadı. Hətta Rusiya Donbasa da nəzarəti tam təmin edə bilməyib. Rusiyanın əsas üstünlüyü ondan ibarətdir ki, hərbi təminatını özü, əziyyət çəkmədən qarşıya bilir. Baxmayaraq ki, Rusiya Çin və Şimali Koreya kimi ölkələrdən dəstək olur, amma bir milyon top mərmisi iştirak edə bilir. Avropa isə bunun cüzi hissəsini Ukraynaya verir".

Politoloq söyləyib ki, Rusiya Ukraynada müəyyən qazanc əldə etsə də, geniş mənada uduzub: "Məhz bu savaş nəticəsində Rusiya bir çox bölgələrdə, o cümlədən Liviya, Suriyadakı təsir imkanlarını itirdi. ABŞ-nin Ukraynaya dəstəyi son bir ildə xeyli azalıb. İndi rəsmi Kiyevə daha çox Avropa hesabına yaşayır. Ukrayna gələcəkdə, yəqin ki, daha çox dağıntıya məruz qalacaq. Amma onu da nəzərə almaq lazımdır ki, Qərbin İranla bağlı işi bu və ya digər formada başa çatdıqdan sonra bütövükdə Rusiyaya köklənəcək".
14:44 25.02.2026
Oxunuş sayı: 648