Madriddəki Kral Nəbatət bağında Xarıbülbül çiçək açıb
Sülh rəmzi olan Xarıbülbül gülü Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində Madriddə yenidən çiçək açıb.
Bu barədə Crossmedia.az-a Azərbaycanın İspaniyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, Xarı bülbül 2023-cü ildə səfirliyin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına hədiyyə edilib.
Bitki botanik dəyərindən əlavə, iki ölkə arasında dərin mədəni bağları da simvolizə edir.
Nəbatət bağının direktoru Mariya-Pas Martin Esteba Xarıbülbülü Madridin qəlbində yerləşən Azərbaycan təbiətinin cazibədar bir parçası adlandırıb.
Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, Xarıbülbül gülü Nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.


18:53 24.02.2026
Oxunuş sayı: 499