Bu gün bürcləri nə gözləyir?
Bu gün üçün astroloji proqnozlar açıqlanıb. Günün enerjisi bəzi bürclər üçün emosional mövzuları ön plana çıxararkən, digərləri üçün isə karyera, maliyyə və münasibətlər sahəsində yeni dinamika vəd edir. Türkiyəli astroloq Bilge Aslının şərhlərinə əsasən, bu gün bir çox bürc üçün qərarvermə mərhələsi və daxili balans önəm daşıyacaq.
Buğa
Maddi məsələlər və şəxsi dəyərlər ön plana çıxa bilər. Xərclərlə bağlı qərarlarda tələsməmək tövsiyə olunur.
Əkizlər
Ünsiyyət qabiliyyətiniz güclənir. Yeni görüş və danışıqlar gündəmi canlandıra bilər.
Xərçəng
Daha çox daxili dünyanıza yönələ bilərsiniz. Keçmişlə bağlı düşüncələr arta bilər.
Şir
Sosial çevrə və dostluq münasibətləri aktivləşə bilər. Gələcəklə bağlı planlar önə çıxır.
Qız
Karyera və iş həyatı diqqət mərkəzindədir. Məsuliyyət tələb edən qərarlar gündəmə gələ bilər.
Tərəzi
Təhsil, səfər və yeni biliklərlə bağlı mövzular aktuallaşa bilər.
Əqrəb
Ortaq maliyyə və emosional dərinlik tələb edən məsələlər ön plana çıxır.
Oxatan
İkili münasibətlər və tərəfdaşlıq sahəsində vacib söhbətlər mümkündür.
Oğlaq
Gündəlik iş rejimi və sağlamlıqla bağlı məsələlər diqqət tələb edir.
Dolça
Yaradıcılıq və sevgi mövzuları aktivləşə bilər. Özünüzü ifadə etmək üçün uyğun gündür.
00:05 25.02.2026
Oxunuş sayı: 574