Sabiq rektorun əmlakları müsadirə olunub - SİYAHI
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.
Crossmedia.az xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:
1) 16.500.000 – 18.100.000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34349,7 kv. metr ölçüdə torpaq sahəsi
2) Hazırda Aristokrat Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak
3) “Era” tam orta məktəb və bağçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Dəyəti 9-10 milyon manat civarında dəyərləndirilir)
4) Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8
5) Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi
6) Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi
7) Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi
8) Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə, ev 10 mənzil 52
9) Yasamal rayonu Qurban Xəlilov küçəsi 4, mənzil 23
10) Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi
11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20000 kv.metr torpaq sahəsi və 1000 kv.metr tikilidən ibarət daşınmaz əmlak.
Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf)
17:03 24.02.2026
Oxunuş sayı: 681