Almaniyanın müdafiə naziri Trampı sərt tənqid edib
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampı sərt tənqid edərək, onu Vladimir Putinin özünəinamını artırmaqda və Ukraynanın mövqeyini zəiflətməkdə günahlandırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Deutschlandfunk" müsahibəsində deyib.
Pistoriusun sözlərinə görə, Rusiya prezidentinə həddindən artıq özünəinam verən Trampın hərəkətləri, xüsusən də Alyaska sammiti olub.
"Təəssüf ki, Amerika prezidenti qırmızı xalçanı açıb onu Alyaskada dost kimi qarşıladığı zaman müharibənin gedişatına və Putinin özünəinamına təsir göstərib, eyni zamanda Ukraynaya bütün hərbi dəstəyi dayandırıb", - o bildirib.
16:51 24.02.2026
Oxunuş sayı: 505