"Nyukasl"-dan "Qarabağ" bağlı iddialı açıqlama
"Nyukasl" bu mövsüm ən yüksək səviyyəli oyununu məhz "Qarabağ"a qarşı keçirib.
Crossmedia.az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib:
"Çempionlar Liqsaı matçına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə "Qarabağ"a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik. Və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz "Qarabağ"a qarşı keçirmişik".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.
20:50 23.02.2026
Oxunuş sayı: 606