Zərdabda 5 günlük körpə vəfat etdi
Zərdab rayonunda 5 günlük körpə – Qasımov Alparslan Nurlan oğlu vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə körpənin babası Tahir Qasımov məlumat verib. Onun sözlərinə görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığı olub.
Baba iddia edir ki, uşaqda sarılıq əlamətləri müşahidə edildikdən sonra o, Zərdab Rayon Mərkəzi Xəstəxanası-na aparılıb. Lakin orada körpəyə düzgün diaqnoz qoyulmayıb və nəticədə onun vəziyyəti daha da ağırlaşıb.
Ailənin sözlərinə görə, körpə daha sonra Bakıya aparılıb. Paytaxtda həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, ananın ilk hamiləliyi olub.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Məsələ araşdırılır.
17:10 23.02.2026
Oxunuş sayı: 517