İsrail "sağ göstərib, sol vuracaq": Hədəfdə Türkiyə imiş
Bəzi mənbələrə görə, İsrail yaxın gələcəkdə Türkiyəyə hücum etməyi planlaşdırır. İddialara əsasən İrandan sonra İsrailin nöcvəti hədəfi Türkiyə olacaq.
Məlum olduğu kimi, Ankara ilə Təl-Əviv arasında münasibətlər kifayət qədər gərgindir. Belə bir şəraitdə İsrailin Türkiyəyə hücum ehtimalı istisna deyil. Bu ehtimalın perspektiv üçün nə vəd etdiyi və ABŞ-nin proseslərə münasibəti isə sual doğurur.
Türkiyəli politoloq Hüsametdin İnaç bu barədə Crossmedia.az-a danışıb: "Məlum olduğu kimi, Türkiyə belə bir müharibənin qarşısını almaq üçün əlindən gələni etdi. Lakin xüsusilə İranın ritorikasında hiss olunur ki, bu dövlət geri çəkilmək istəmir. İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə ola bilər. Bunun iki səbəbi var. Birincisi, Türkiyənin müdafiə sənayəsində artan imkanlarıdır. İkincisi isə rəsmi Ankaranın müxtəlif regionlarda artan nüfuzudur. Hər iki amil İsraili narahat edir".

O, həmçinin ABŞ-nin proseslərdəki rolundan da danışıb: "ABŞ- İsrail tandeminin İrana hücum edəcəyini düşünmürəm. Çünki Vaşinqtonla Ankara arasında çox yaxşı müttəfiqdirlər. ABŞ Türkiyə ilə NATO daxilində müttəfiqdir. Belə olan halda ABŞ-nin Türkiyəyə mümkün hücumda iştirak edəcəyini düşünmürəm. Amma İsrail Türkiyəni parçalamaq üçün əlindən gələni edəcək. Çünki İsrail Türkiyəni ciddi rəqib kimi görür".
15:07 23.02.2026
Oxunuş sayı: 616