Kürdəmirdə qəza baş verib, xəsarət alanlar var
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.
Belə ki, "AUDİ" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.
Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
22:05 22.02.2026
Oxunuş sayı: 563