Sabah bürcləri nə gözləyir?
Sabah, 22 fevral günün astroloji mənzərəsi
Ay Qoç bürcündə hərəkətini davam etdirir. Səhər saatlarında Şironla uyğunlaşan Ay, sabah dəqiqləşəcək altmışlıq bucaq öncəsi Marsla da harmonik aspekt yaradır. Bu gün ehtiyaclarımızı əvvəlkindən daha rahat ifadə edə, şəxsi təşəbbüslərimizdə daha cəsarətli davrana bilərik. Yeni başlanğıclar, hərəkətə keçmək və öz yolumuzu müəyyənləşdirmək istəyi ön plana çıxır. Həll olunmamış emosional mövzulara yönəlmək üçün də uyğun zamandır. Günün ikinci yarısında Ay Buğa bürcünə keçir və bu da daha sabit, komforta yönəlmiş, bəzən isə israrlı enerjini gündəmə gətirir. Sabitlik və davamlılıq dərin emosional ehtiyacları qarşılaya bilər.
Qoç bürcü
Bu gün özünüzü daha orijinal və güclü hiss edə bilərsiniz. Mars və Şironun təsiri sizi motivasiyalı və inamlı edir. Ətrafınızdakılarla ünsiyyətdə rahatlıq yaranır. Özünüzü ifadə etmək, yeni layihələrə başlamaq və əlaqələr qurmaq üçün münasib zamandır.
Buğa bürcü
Keçmişlə bağlı düşüncələr bu gün sizə fayda verə bilər. Daxili rahatlıq və emosional balans ön plandadır. Yeni dostlarlarınız ola bilər. Lakin ehtiyatlı olmaq ön plandadır. Yaradıcılıq, sənət və fəaliyyətlər üçün əlverişli gündür. Uzunmüddətli planlarla bağlı fərqli ideyalar yarana bilər.
Əkizlər bürcü
Öyrənmək və bildiklərinizi paylaşmaq istəyiniz güclənir. Dostlarla ünsiyyət, yeni məlumatlar və ideyalar sizi ruhlandıra bilər. Günün sonuna doğru bir qədər tək qalaraq emosional olaraq dincəlmək ehtiyacı yarana bilər.
Xərçəng bürcü
Məhsuldar olmaqla yanaşı, özünüzü çox yormamağı bacarırsınız. Duyğularınız sizi doğru addımlar atmağa yönəldir. Daxili dürüstlük sayəsində münasibətlər və arzularla bağlı vacib anlayışlar əldə edə bilərsiniz.
Şir bürcü
Münasibətlərdə canlanma hiss oluna bilər. Yeni mühitlər və fərqli fəaliyyətlər sizə yaxşı təsir edəcək. Birinə dəstək olmaq və bildiklərinizi paylaşmaq emosional baxımdan sizi gücləndirə bilər.
Qız bürcü
Bu gün nizam-intizam və məhsuldarlıq ön plandadır. Sağlam həyat tərzi ilə bağlı yeni biliklər əldə edə bilərsiniz. Fiziki aktivlik həm bədəni, həm də ruhu rahatladacaq.
Tərəzi bürcü
Ətrafınızdakı insanların təsiri ilə yeni və maraqlı addımlar ata bilərsiniz. Cəsarətiniz və macəra ruhunuz artır. Sənət, xüsusilə rəqs və fiziki yaradıcılıq üçün əlverişli gündür.
Əqrəb bürcü
Ev və ailə ilə bağlı mövzular diqqət mərkəzindədir. Kiçik də olsa, faydalı bir işlə məşğul olmaq sizi məmnun edəcək. Düşünməkdən çox hərəkətə keçmək stressi azaldacaq.
Oxatan bürcü
Əyləncəli və eyni zamanda inkişaf etdirici fəaliyyətlərə marağınız artır. İlhamverici enerjilər yaradıcı layihələr və romantik münasibətlər üçün əlverişlidir.
Oğlaq bürcü
Maddi məsələlər və təhlükəsizlik mövzuları ön plana çıxır. Ailə və evlə bağlı işlərə fokuslanmaq sizi emosional olaraq rahatladacaq. Yeni qazanc yolları ilə bağlı ideyalar yarana bilər.
Dolça bürcü
Bu gün daha məqsədyönlü və enerjilisiniz. Müstəqil fəaliyyətlərdə uğur qazana bilərsiniz. Özünüzü ifadə etmək və birinə yardım etmək sizə daxili məmnunluq verəcək.
Balıq bürcü
Sabitlik və rahatlıq ehtiyacı güclüdür. Sizi “indi və burada”ya bağlayan fəaliyyətlər ruhunuza yaxşı təsir edəcək. Yaradıcılığınıza zaman ayırmaq və özünüzü günahkarlıq hissindən azad etmək faydalıdır.
Fatimə Məmmədova
23:45 21.02.2026
Oxunuş sayı: 674