Ramazan ayının 4-cü gününün duası
Sabah, 22 fevral Ramazan ayının 4-cü günüdür.
Crossmedia.az xəbər verir ki, imsak vaxtı 06:00-a, iftar isə 18:38-ə təyin olunub.
İMSAK DUASI
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
İFTAR DUASI
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
Allah orucunuzu qəbul etsin!
18:00 21.02.2026
Oxunuş sayı: 3288