TÜRKPA müşahidəçi statusu üçün sənədləri təqdim edəcək
TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndərəcək.
Bu barədə Crossmedia.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində qurumun Baş katibi Roberto Montella və Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə qurumun Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.
10:45 21.02.2026
Oxunuş sayı: 614