İranla ABŞ arasında razılaşma ehtimalı var, lakin tərəflər qarşılıqlı güzəştlər axtarır-siyasi şərhçi
Beynəlxalq təhlükəsizlik baxımından kritik mərhələyə çatan İranın nüvə proqramı ilə bağlı danışıqlar Cenevrədə davam edir. Beynəlxalq Atom Enerjisi Agentliyi-nin rəhbəri Rafael Qrossi bildirib ki, 2025-ci ilin iyununda endirilən zərbələrə baxmayaraq, İranın nüvə materiallarının böyük hissəsi hələ də qalır və mövcud vəziyyət son dərəcə kövrəkdir.
Qrossi razılaşma əldə olunmasa, yeni hərbi eskalasiya riskinin artacağını vurğulayıb. Cenevrə masasında İranın uranı 3.67%-ə endirməsi müqabilində sanksiyaların qismən dondurulması müzakirə olunur, lakin Tehran kompensasiya və təhlükəsizlik zəmanətləri tələb edir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Qrossinin bu açıqlaması İrana təzyiq xarakteri daşıyır.
Onun fikrincə, İran nüvə silahı əldə etməlk niyyətində olmadığını bəyan edir, eyni zamanda ABŞ-nin digər şərltərinə də boyun əyməyəcəyini qətiyyətlə bildirir və belə davam edərsə ən pis ssenariyə hazır olduğunu qeyd edir:

“Bununla yanaşı Tehran ABŞ ilə razılaşma fonunda nüvə obyektlərində beynəlxalq təşkilatların baxış keçirəcəyinə razı olduğunu ifadə edib.Tehran Vaşinqtonla razılaşmada maraqlıdır, amma müəyyən şərtlər daxilində. İran sanksiyaların götürülməsinə, ABŞ isə daha çox güzəştlərin əldə edilməinə çalşır. Çünki ABŞ-də güclü imkanlara malik olan İsrail lobbisi Trampa İranla müharibənin başlanması üçün ciddi təzyiq edir. ABŞ-nin İranla müharibəyə girməsi aralıq seçkilərində qələbə qazanmağa çalışan Tramp hökuməti üçün ciddi problmlər yarada bilər. Eyni zamanda İsrail lobbisi də aralıq seçkilərinə ciddi şəkildə təsir imkanlarına sahibdir. Ona görə də Tramp orta yol tapmağa çalışır. Hesab edirəm ki, ABŞ-nin İsrail tezislərini özündə ehtiva edən şərtlərinə rəğmən tərəflər arasında razılaşma ehtimalı var”.
Mehriban Yariyeva
10:31 21.02.2026
Oxunuş sayı: 587