Kömək etmək istədilər, həyatlarını riskə atdılar – Salyanda ağır nəticəli qəza
Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
Crossmedia.az "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
09:55 21.02.2026
Oxunuş sayı: 677