Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, yarımfinalda "Ordu" klubu ilə qarşılaşan "Sabah" 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş bu gün saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək.
20:07 20.02.2026
Oxunuş sayı: 688