"Turan Tovuz" "Zirə"-ni məğlub edib
Misli Premyer Liqasında XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib.
Crossmedia.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar.
"Turan Tovuz" 37 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla dördüncü sıraya geriləyib.
Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.
19:05 20.02.2026
Oxunuş sayı: 612