Bu idarəyə yeni rəis müavini təyin olunub
Dövlət Statistika Komitəsinin (DSK) Bakı Şəhər Statistika İdarəsinə yeni rəis müavini təyin olunub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Məlahət Famil qızı Gözəlova Bakı Şəhər Statistika İdarəsinin rəis müavini təyin olunub.
Bununla da idarənin rəis müavinlərinin sayı üçə çatıb.
Qeyd edək ki, M.Gözəlova 2023-cü ildən idarədə çalışır. O, əvvəllər idarədə məsləhətçi işləyib. (İqtisadiyyat.az)

18:32 20.02.2026
Oxunuş sayı: 597