Bakı və Ankara niyə Tehranı müdafiə etməlidir?- ABŞ-nin növbəti hədəfi Türkiyə olacaq
İranla ABŞ arasında gərginlik yenidən artır. Tərəflər qarşılıqlı olaraq bir - birilərinə xəbərdarlıq edirlər. Nüvə dosyesi ilə bağlı danışıqlar artıq ikinci plana keçir. Həm rəsmi, həm də qeyri- rəsmi açıqlamalardan belə olur ki, müharibə qaçılmazdır.
Mümkün müharibə təbii ki, bütünlükdə planet üçün risklidir. Belə bir vaxtda hər iki ölkə ilə münasibətləri olan ABŞ və İranın necə davranacağı müzakirə mövzusudur.

Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu Bakı və Ankara Tehranı müdafiə etməlidirlər: "Doğrudur, bu və ya digər səbəbdən, o cümlədən İranın zaman- zamanın Ermənistanı müdafiə etməsi ucbatından tərəflər arasında münasibətlər gərgin olub. Amma nəzərə almaq lazımdır ki, İran mümkün müharibədə məğlub olması, regiondakı vəziyyət Suriyadan betər olacaq. Bölgədə çox ciddi böhran, o cümlədən iqtisadi - sosial çətinliklər yaranacaq. Bunu nə Azərbaycan istəyir, nə də Türkiyə. Üstəlik, əgər ABŞ müharibədən qalib çıxsa bölgədə yeni reallıqlar yaranacaq. Növbəti hədəf Türkiyə olacaq. Bakı və Ankara bunu nəzərə alaraq Tehranın yanında olmalıdırlar".
14:37 20.02.2026
Oxunuş sayı: 1452