“İrsdən İnnovasiyaya: Gənclərin mədəni fəaliyyətinin inkişafına dəstək” layihəsinin icrasına başlanıldı
“Gəncə Sahibkar Qadınlar” İB Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən “İrsdən İnnovasiyaya: Gənclərin mədəni fəaliyyətinin inkişafına dəstək” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi mədəni irsin müasir incəsənət vasitəsilə təbliği və gənc yaradıcıların bu irsi innovativ məhsullara çevirmək bacarığının inkişaf etdirilməsidir. Əsas hədəflər gənc dizayner və rəssamlara Azərbaycan xalq sənətlərindəki simvol və ornamentlərin mənşəyi, mənası və tətbiqi ilə bağlı nəzəri və praktik biliklər vermək, gənclərin və sənətkar qadınların hazırladığı kreativ məhsulları ictimaiyyətə təqdim edərək irsi-müasirlik əlaqəsini nümayiş etdirmək və bu sahədə marağı artırmaq, yaradıcılıq və innovasiya əsaslı təlimlərdə iştirak vasitəsilə gənclərin mədəni irsi tətbiq edərək məhsul hazırlamaq bacarıqlarını inkişaf etdirməkdir.
Belə ki, layihə çərçivəsində Gəncədə 20 gənc dizaynerlər və əl işləri ustalarına mədəni irsə əsaslanan təlimlər təşkil etmək, Şuşada “ArtCamp” keçirməklə sahə işləri təşkil etmək, yaradılmış məhsulları Şuşa və Gəncə şəhərlərində sərgiləmək və rəqəmsal platformada təqdim etmək, “QR ilə irs”: məhsullarda QR kodla izah və irslə bağlılıq təqdim etmək nəzərdə tutulub.
10:00 20.02.2026
Oxunuş sayı: 486